ABŞ-ın istefada olan kəşfiyyatçısı Skott Ritter qonaq olduğu “Youtube” proqramlarından birində Ermənistanla bağlı tənqidi fikirlər səsləndirib.
Oxuməni.az “Publika.az”a istinadla xəbər verir ki, Ritterin ifşaedici çıxışı Ermənistanda qəzəbə səbəb olub.
O, çıxışında bildirib ki, vaxtilə Osmanlı türklərinin erməniləri qovmasının səbəbi onların Osmanlı İmperiyasında bir milyondan çox müsəlmanı qətlə yetirməsi olub:
“Siz ermənilər, Türkiyənin həmin hissəsində müsəlmanlarla nə etdiyinizi yaxşı bilirsiniz. Siz istəyirdiniz ki, ruslar hücum etsin, və onlar hücum etdikdən sonra siz bir milyondan çox müsəlmanı öldürdünüz. Məhz buna görə osmanlılar qərara gəldilər ki, siz sərhəd bölgələrindən çıxmalısınız və həmin köçürülmə prosesini həyata keçirdilər. Siz ermənilər özünüzü təqdim etdiyiniz qədər günahsız deyilsiniz. Bu xalqı necə sevə bilərsən ki, onlar heç özlərini sevmirlər? Ermənilərin axmaqlığının həddi-hüdudu yoxdur. Erməni mədəniyyəti ancaq Kim Kardaşyanın göbəyi ilə təmsil olunur”.
Erməni ictimai xadimlər Skottun yazısına sosial şəbəkələrdə qəzəblə cavab verməyə çalışırlar. Amma heç bir tutarlı arqument təqdim edə bilmirlər.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























