Azərbaycanın xalq artisti Arif Babayev 88 yaşında vəfat edib.
Oxuməni.az xalq artistinin vəfatı ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
İyulun 23-də xalq artisti kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan o, paytaxtın tibb müəssisələrindən birinə təxliyə olunub və dünyasını dəyişənə qədər müalicəsi burada davam etdirilib.
A.Babayev 1938-ci il fevralın 20-də Azərbaycan SSR, Ağdam rayonunun Sarıqacılı kəndində anadan olub. 1963-cü ildə Bakı Teatr İnstitutunu bitirib. 1964-1966-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. 1966-2006-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb.
O, “Əməkdar artist”, “Xalq artisti” fəxri adlarına, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Prezidentin fərdi təqaüdünə və bir çox digər mükafatlara layiq görülmüşdür. 2024-cü ildə “Heydər Əliyevin 100 illik yubileyi (1923-2023)” medalı, 8 may 2025-ci ildə isə Heydər Əliyev mükafatı ilə təltif edilib. Arif Babayevin ifa etdiyi musiqi əsərləri Azərbaycan Dövlət Televiziyasının Qızıl Fonduna daxil edilib.
Allah rəhmət eləsin!
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























