Lerik sakininin Bakıdakı Şəhidlər Xiyabanına piyada yürüşü başa çatıb

Lerik sakininin Bakıdakı Şəhidlər Xiyabanına piyada yürüşü başa çatıb

"Beş günlük səfərim çox yaxşı keçdi. Bu gün səhər saat 10:15 radələrində Şəhidlər Xiyabanına çatıb ziyarət etdim", - o deyib.

Onun sözlərinə görə, bu yürüşə şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq çıxıb:

"Mənim oğlum da müharibə iştirakçısıdır. Şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq bu yürüşə çıxdım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox şadam ki, bu uzun yolu sağ-salamat gəlib, ziyarətimi edə bildim.

Gündüz aran rayonlarında havalar çox isti olanda dincəlir, gecələr yola davam edirdim. Hazırda Bakıda istirahət edirəm. İstirahət etdikdən sonra rayona qayıdacam. Özümü çox yaxşı hiss edirəm".

Qeyd edək ki, onun yaşadığı kənddən xiyabana olan məsafə 360 kilometrdir və o, 5 gün yolda olub.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2025.07.22

2025.07.21

2025.07.20

2025.07.19

2025.07.18

2025.07.17

2025.07.16

2025.07.15

İstisuda ferma yandı İstisuda ferma yandı 15 İyul 08:44

2025.07.14

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2025 © Azerbaycanpolisi.az