
Əslən Laçın rayonunun Pircahan kəndindən olan Yusif Nəcəfov və həyat yoldaşı Bahar Nəcəfova Bakıdan Laçına piyada gediblər.
Oxuməni.az “teleqraf.com”a istinadla xəbər verir ki, cütlük Laçın erməni işğalından azad olunarsa, doğma yurdlarına piyada gedəcəklərinə söz verib.
Əldə olan məlumata görə, Yusif Nəcəfov Əfqanıstan və Birinci Qarabağ müharibələrinin veteranıdır. 2010-cu ildə ailəsi ilə birlikdə Avropaya mühacirət edib.
Cütlük andlarını yerinə yetirmək üçün Avropadan Azərbaycana qayıdıb və təxminən 418 kilometr piyada Laçına gedib.
Azərbaycanpolisi.az