Moskva vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov deportasiya qərarının onun üçün gözlənilməz olduğunu bildirib.
Oxu.az xəbər verir ki, o bunu Bakıya uçmazdan əvvəl REN TV-nin müxbirinə deyib.
O, mətbuatın yazdığına görə, Rusiyanın milli təhlükəsizliyinə təhdid yaratması səbəbindən niyə deportasiya edildiyinə dair sualı da cavablandırıb:
"Bilmirəm, həqiqi sözümdür, bilmirəm".
İbrahimov etiraf edib ki, Rusiyanı tərk etmək məcburiyyətində qaldığı üçün bir az qanı qaralıb.
O, gələcək planlarından danışmayıb. Azərbaycan diasporunun rəhbəri "Bunu zaman göstərəcək" deyərək sözlərinə yekun vurub.
KİV-in məlumatına görə, Elşən İbrahimov guya "milli təhlükəsizliyə təhdid yaradan hərəkətlərə yol verdiyinə" görə Rusiya vətəndaşlığından məhrum edilib. Nəşrlərin yazdığına görə, onun vətəndaşlıqdan çıxarılması proseduru iyunun 18-də baş tutub.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























