Sankt-Peterburq polisi metronun "Ulitsa Dıbenko" stansiyası yaxınlığında yeniyetmə münaqişəsinin ikinci iştirakçısı olan 15 yaşlı gənci valideynləri ilə birlikdə Azərbaycana qovmaq qərarına gəlib.
Oxuməni.az “RBC”ya istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin şəhər və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, o, ailəsi ilə birlikdə vətəninə deportasiya ediləcək.
Polisin bildirdiyinə görə, gənc oğlan hadisənin birbaşa iştirakçısı olub. Nəticədə yeniyetmə və onun valideynlərinə qarşı miqrasiya tədbirləri görülüb - onlar Rusiya Federasiyasından qovulublar.
Xatırladaq ki, bir müddət əvvəl polis 13 yaşlı Azərbaycan vətəndaşını ailə üzvləri - valideynləri, qardaşı və bacısı ilə birlikdə saxlamışdı. Daxili İşlər Nazirliyinin Baş İdarəsindən verilən məlumata görə, iyunun 30-da onun Nevski rayonu ərazisində 16 yaşlı sakini ilə münaqişəsi yaranıb və bu münaqişəni təkbətək görüş zamanı həll etmək qərarına gəliblər. Lakin yeniyetmə dostları ilə görüşə gələrək rəqibini döyüb. Zərərçəkmiş döyülmə izləri ilə xəstəxanaya yerləşdirilib. Bir neçə gün sonra polis 13 yaşlı yeniyetmənin ailəsi ilə birlikdə Azərbaycana deportasiya edilməsi barədə məlumat verib.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































