Tədqiqatçılar uzun müddətdir insanların ölümsüz olub-ola bilməyəcəyi sualına cavab axtarırlar. Bəzi elm adamları hesab edirlər ki, insanlar bir şərtlə 1000 ildən 20000 ilə qədər yaşaya bilərlər.
Oxuməni.az “Teleqraf”a istinadla xəbər verir ki, bu barədə “Farmingdale-Observer”ə dərc olunan elmi məqalədə deyilir.
Nəşrə görə, bir insanın 1000 ildən çox yaşamaq şansı ola bilər, amma burada vacib bir məqam var: bunun üçün tam sağlamlıq lazımdır.
Birminqem Universitetinin (Böyük Britaniya) biogeologiya professoru Xuan Pedro de Maqalhaesin fikrincə, insanlar gələcəkdə minlərlə il yaşaya bilər. Amma onlar hazırda bu potensialı açmaq üçün vacib bir məqamı əldən verirlər.
Ölümsüzlüyün tanınmış tərəfdarı Maqalhaes hesab edir ki, hər şeyin açarı qocalma mexanizmlərini anlamaqdır. Tədqiqatçı yay başlı balina və köstəbək siçovulu kimi uzunömürlü heyvanların genomlarını öyrənir. Tədqiqatçı üçün biogerontologiyanın gələcəyi qocalma prosesini tamamilə dayandırmaqdan ibarətdir.
“DNT-ni necə bərpa etməyi və hüceyrələri kökündən fərqli qocalma prosesi üçün yenidən proqramlaşdırmağı öyrənməliyik”, - alim bildirib.
Bu, müxtəlif xəstəliklərin öhdəsindən gəlməyə imkan verən DNT-ni bərpa etmək qabiliyyətinə malik olan yay başlı balinada kəşf edilən mexanizmlərdən biridir.
Maqalhaes iddia edir ki, əgər yaşlanma insan DNT-sinə proqramlaşdırılıbsa, qocalma prosesində iştirak edən genləri dəyişdirmək üçün hüceyrələri yenidən proqramlaşdırmaq nəzəri cəhətdən mümkündür. Onun sözlərinə görə, tibb bu tərəqqiyə nail olmağa qadirdir.
“Mənim ulu babam 1920-ci illərdə sətəlcəm xəstəliyindən vəfat edib. Bu gün onu penisilin dozası ilə müalicə etmək olar. Yaşlanmaq məsələsində də eyni şeyi edə bilərik.
Ürək xəstəlikləri riskini azaltmaq üçün gündəlik qəbul edilən, amma uzunömürlülük məqsədi daşıyan statinlərə bənzər dərmanlar hazırlayacağıq. İnsanın qocalmasını 5-10 faiz ləngitsəydik, bu, inanılmaz olardı. 1000-20 000 il yaşamaq sabah deyil, bir neçə əsr sonra, niyə də olmasın?”, - professor vurğulayıb.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























