Xəbər verdiyimiz kimi, Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib. Saziş 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb. Ötən gün də Prezident İlham Əliyev sözügedən sazişi təsdiqləyib. Lakin vətəndaşlar hələ də Çinə vizasız səfərin mümkün olmadığını bildirirlər. Sosial şəbəkələrdə bununla bağlı narazılıqlar artır. Bəziləri bilet aldıqlarını, uçuş tarixi yaxınlaşsa da, viza tələb edildiyini və buna görə 300-400 manat ödəməli olduqlarını iddia edirlər.
Məsələ nə yerdədir? İnsanlar nə vaxtdan Çinə vizasız gedib-gələ biləcəklər?
Globalinfo.az-a danışan Daxili Turizm Komitəsinin sədri Əziz Şiriyev bildirib ki, iki ölkə arasında saziş bağlansa da, proses bir qədər mürəkkəbdir:
“Yeni qaydalar sərhəd qoşunları, hava limanının prosedur sistemlərinin qurulması, gömrük, logistika və karqo məsələləri tənzimləndikdən sonra qüvvəyə minəcək. Yəni, hələ texniki mərhələ tam tamamlanmadığından, vətəndaşların vizasız səfər edə bilməməsi təbii haldır. Yaxın vaxtlarda proses tam formada başlayacaq”.
Turizm eksperti Ceyhun Aşurov bildirib ki, növbəti aylardan etibarən vətəndaşlar vizasız səfər edə biləcəklər:
“Daha ətraflı məlumatı Xarici İşlər Nazirliyindən və ya Çin səfirliyindən almaq olar. Ümumiyyətlə, Çin vətəndaşları üçün vizanın aradan qaldırılması əsas addım idi. Daha sonra qarşılıqlı olaraq, Azərbaycan vətəndaşları üçün də viza ləğv edildi. Ümumvətəndaş pasportu olan şəxslər gediş-gəlişi sərbəst şəkildə həyata keçirə biləcəklər. Çin vizası indiyədək ödənişli idi və bunun üçün səfirliyə müraciət edilirdi. Aprelin 23-də saziş imzalanmasına baxmayaraq, onun qüvvəyə minməsi bir qədər sonra baş verdi. Hazırda Çindən Azərbaycana gələnlər üçün vizasız rejim mövcuddur. Vətəndaşlarımız üçün isə bu, növbəti aylarda təmin ediləcək”.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































