Tarif tənzimlənməsi çərçivəsində elektrik enerjisi sektorunda sabit tarif tətbiq olunacaq.
Oxuməni.az “Day.Az”a istinadla xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, ümumilikdə, elektrik enerjisinin tarifləri və qiymətləri tənzimlənərkən sabit tarifin tətbiqi təcrübəsi mövcuddur.
Sabit tarifin əsas mahiyyəti ondan ibarətdir ki, şəbəkəyə qoşulmuş istehlakçılar hər ay sabit xərc şəklində müəyyən məbləğ ödəyirlər. Sabit tarif istehlakçının kateqoriyasından asılı olmayaraq tətbiq edilir, istehlakın həcminə aid edilmir və paylayıcı sistem operatorunun müəyyən xərclərini ödəmək üçün istifadə olunur.
Qanun layihəsində sabit tarif elektrik enerjisi istehlakının səviyyəsindən asılı olmayaraq tənzimləyici tərəfindən müəyyən edilmiş sabit xərclərin bir hissəsinin ödənilməsi məqsədilə hər bir istehlakçıya tətbiq edilən aylıq element kimi müəyyən edilir.
Qanun layihəsi, həmçinin sabit tarifin tətbiqi ilə əlaqədar elektrik enerjisi təchizatçısının və istehlakçısının hüquq və vəzifələrini, habelə sabit tarifin tətbiqi ilə bağlı yaranan məsələləri tənzimləyir.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































