Beynəlxalq təlimçilərin iştirakı ilə “Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim keçirilib

Beynəlxalq təlimçilərin iştirakı ilə “Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim keçirilib



Ötən gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Medianın İnkişafı Agentliyində “Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim təşkil olunub.

Təlim Birləşmiş Millətlər Təşkilatının Nyu-York şəhərindəki Baş Qərargahında akkreditə olunmuş, BMT Müxbirlər Assosiasiyasının üzvü olan jurnalistlər – Stefano Vakkara və Cordan Dakamseh tərəfindən aparılıb.

30 illik jurnalist təcrübəsinə malik, İtaliya xəbər agentliyi “İtalpress”in ABŞ-dəki müxbiri Stefano Vakkara “Faktlar unudularsa, jurnalistika öz mahiyyətini qoruyurmu?” mövzusunda təqdimatla çıxış edib.

Uzun illər BMT-nin müxtəlif missiyalarında ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi çalışan, “Jordan Report Media and Entertainment” şirkətinin prezidenti Cordan Dakamseh isə “Necə nüfuzlu jurnalist olmaq olar?” və “Misinformasiyanın qarşısının alınması üçün sosial mediadan istifadə” mövzularında fikirlərini iştirakçılarla bölüşüb.

Təlim zamanı etibarlı və araşdırmaya əsaslanan jurnalistikanın cəmiyyət üçün niyə vacib olduğu vurğulanıb, faktların yoxlanılması (fact-checking) mədəniyyətinin təşviqi, media savadlılığının artırılmasında jurnalistlərin rolu, sosial mediada və peşəkar platformalarda jurnalistin öz etibarlı imicini yaratmasına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təlimdə 20 nəfərə yaxın ingilis dilli media nümayəndəsi iştirak edib.
Məlumatı media.gov.az paylaşıb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2025.07.05

2025.07.04

2025.07.03

2025.07.02

Təbrik Təbrik 2 İyul 16:27

2025.07.01

2025.06.30

2025.06.29

2025.06.28

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: azerbaycanpolisi.az@gmail.com
2009-2025 © Azerbaycanpolisi.az