Son günlər özünü peyğəmbər adlandıran şəxsin iddiaları cəmiyyətdə ciddi narahatlıq doğurub və dini baxımdan bu cür yanaşmalar suallar yaradıb. Tarix boyu oxşar çıxışlar edən şəxslər həm din alimləri, həm də ictimaiyyət tərəfindən tənqid və sorğu-suala məruz qalıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, İslam dinində peyğəmbərlik mövzusunun qəti şəkildə tamamlandığı qəbul olunur və bu cür iddialar açıq şəkildə rədd edilir:
"Bu fikir dini baxımdan normal olan bir görüş deyil. Psixoloji problemləri, Ağlını itirmiş bir şəxsin görüşləridir.
Təbii ki, tarixin dərinliklərindən bəri bu tipli insanlar meydana çıxıblar. Belə insanlar həmişə olub, həmişə də olacaq. Özünü şeytan tərəfindən seçilmiş və bunu özünə şərəf bilən adam təbii ki cəmiyyət tərəfindən qəbul görə bilməz. İslam dininə bu günlərdə fərqli bir hücum var. Kimi hədislərimizi etibarsızlaşdırmağa çalışır, kimisi məzhəb böyüklərimizin nüfuzuna zərər vurmağa çalışır, bir qisim peyğəmbərimizin sünnəsinə qarşı çıxı. Müəyyən bir kəsim isə İslam dininin mərkəzinə gəlib özünü özünü “Nəbi” kimi təqdim edir, müəyyən iddialar irəli sürür. Bu zatın ifadə etdiyi kimi, "Hər kəs mənə borcludur" fikri cəfəng bir fikirdir. Qısaca, bu fikirlərin hamısı boş iddiadan başqa bir şey deyil!"
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































