Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Sabunçu rayonunda həyata keçirilən növbəti əməliyyat zamanı 42 yaşlı Kərəm Məmmədov və 33 yaşlı Səidə Cavadovanı saxlayıblar.
Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər birgə yaşadıqları mənzildə 11 kiloqrama yaxın marixuana, psixotrop maddə olan metamfetamin, həmçinin narkotik vasitələrin qablaşdırılması və satışında istifadə olunan elektron tərəzi saxlayıblar.
Əlavə olaraq, K.Məmmədovun yaşadığı digər ünvana baxış keçirilərkən 1 ədəd “Makarov” tipli tapança, daraq və bir neçə patron da aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər ilkin ifadələrində narkotik vasitələri və odlu silah-sursatı Astara rayonu ərazisindən əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək xəbərdarlıq edir:
Narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak — insan həyatını və gələcəyini məhvə sürükləyir. Sosial şəbəkələr vasitəsilə vədlərlə cəlb olunan şəxslər öz azadlıqlarını riskə atmaqla yanaşı, cinayət məsuliyyəti daşıdıqlarını da unutmamalıdırlar.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































