Bu il Bakı polisinin 185 illiyidir.
Azərbaycan polisinin keçdiyi şərəf və qürur dolu yolun tarixi "Azərbaycanpolisi.az" saytının baş redaktoru Axundov Emin Tofiq oğlu tərəfindən redaksiya heyəti ilə müzakirə edilib. Müzakirə nəticəsində "Bakı Polisi Qısa Tarixi və Müasir Dövrü 1840-2005", "Bakı Polisinin Keçmişinə Tarixi Nəzər", "Həyacan Dolu Beş İl" kitablarının hələ zamanında yüksək səviyyədə nəşr olunma tarixi yenidən gündəmə gəlib.

O zaman bu işdə göstərdiyi gərgin və uğurlu əməyinə görə "Polis" qəzetinin redaktoru Axundov Emin Tofiq oğlu 2005-ci ildə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi polis general-leytenantı Məhərrəm Əliyev tərəfindən "Bakı Polisi 165" medalı ilə təltif edilmişdir.

Azərbaycan polisinin həmin illərdə yaşadığı çətin günlər Emin müəllim tərəfindən redaksiya əməkdaşlarına bir daha xatırladılıb.
Günümüzdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan polisinin fəaliyyəti və ictimai təhlükəsizliyin qorunmasında oynadığı rol diqqət mərkəzindədir və onların öz vəzifələrini yüksək səviyyədə həyata keçirməsi üçün bütün imkanlar yaradılmışdır. Azərbaycan polisinin yüksək peşəkarlığı nəticəsində ölkəmizdə ictimai təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib və bu şərəfli işdə onlara daha böyük uğurlar arzulayırıq.
Azərbaycanpolisi.az saytının redaksiya heyəti
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































