Mediada yeni tədris ilindən məktəbli formalarının dizaynının dəyişəcəyi və qiymətləri ilə bağlı müxtəlif müzakirələr gedir.
Oxuməni.az “Axar.az”a istinadla xəbər verir ki, bu mövzuya aydınlıq gətirmək üçün "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov AzEdu.az-a açıqlama verib.
E.Əzimov mövcud formaların istifadəsinin davam etdiyini və yeni dizaynların hər il dəyişməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb.
O bildirib ki, məktəbli formalarının dizaynı Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən müəyyən olunur və heç bir şəxsin və ya təşkilatın bunu dəyişmək səlahiyyəti yoxdur:
“Yeni forma təqdim olunduqda əvvəlki dizaynlar ləğv olunur. Məsələn, 2010-cu ildən 2020-ci ilə qədər istifadə edilən formalar eyni standartlara əsaslanıb. İndiki dizaynda da hər il dəyişiklik edilmir”.
Qiymətlərlə bağlı suallara cavab olaraq Etibar Əzimov qeyd edib ki, keçən il qiymətlərdə 20 faiz endirim olub:
“Formalarımız 100% pambıqdan hazırlanır və təbii parçalardan istifadə olunur. Bazarda isə digər formalarda sintetik qarışıqlar daha çoxdur. Buna görə də bizim qiymətlərimiz minimal səviyyədədir və keyfiyyətə uyğun müəyyən olunur”.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























