Bakının Xətai rayonu NZS qəsəbəsində yerləşən həyət evlərinin su qiymətinə ucuzlaşdığı bildirilir. Həmin ərazidə metro çəkilişi olduğuna görə yaxın gələcəkdə evlərin bahalaşacağı da qeyd olunur.
Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən daşınmaz əmlak eksperti Elnur Azadovun sözlərinə görə, çəkiləcək yeni metro stansiyası NZS tərəfə düşür, ikinci hissəsi isə “Maşın bazarı” tərəfdə olacaq.
Ekspert bildirib ki, metro tikintisi 10 ildən az çəkmir. Ümumilikdə Bakı- Ağ şəhər layihəsi 1-ci mərhələdə 221 hektardan ibarətdir. 2-ci mərhələsi isə artıq 1500 hektardan çoxdur. Bir hissəsi isə indiki Zığ istiqamətinə kimi gedib çıxır:
“Ərazi olduqca böyükdür. Gələcəkdə NZS qəsəbəsinin tam yenilənməsi planı var. Orada olan yaşayış fondu söküləcək. Onun yerində isə Ağ şəhər davam edəcək. 1-ci mərhələnin ərsəyə gəlməsi üçün təxminən 15 il vaxt sərf olundu. Hələ tam bitməyib. 1500 hektarlıq 2-ci mərhələ isə mənim fikrimcə buna yarım əsrdən çox vaxt lazımdır. Ən azı 30-40 il vaxt lazımdır. Bu baxımdan da NZS qəsəbəsinin sökülməsi, köçürülməsi, Ağ şəhər layihəsinə qatılması üçün çox uzun vaxt lazımdır. NZS qəsəbəsindəki yaşayış fondunun qeyri-leqal şəkildə tikilməsidir. Ona görə ki, Sovet hökuməti vaxtı, şəhər planlanmasında yaşayış üçün nəzərdə tutulmamış, sənaye ərazisi idi. Köhnə Ağ şəhər ərazisi də sənaye zonası olubdur. Orada tikilmiş evlərin 90-95 faizi qeyri-leqaldır. Orada iki və üç mərtəbəli evlər də var. O evlər də 30-cu, 40-cı illərə kimi tikilibdir. Məktəb, polikilinla, digər xidmət göstərən sahələr ümumilikdə Sovet hökuməti vaxtında və sonrakı dövrlərdə yaşayış üçün nəzərdə tutulmamışdır”.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































