Tanınmış televiziya aparıcısı Jalə Həsənli sosial media fırıldaqçılığı ilə üzləşib.
Oxu.az xəbər verir ki, bu barədə aparıcı özü məlumat yayıb.
Jalə Həsənli şəxsi "TikTok" hesabı ilə heç bir əlaqəsi olmayan bir profilin onun adından reklamlar satdığını, insanlarla yazışdığını və bununla da işgüzar nüfuzuna zərər vurduğunu açıqlayıb.
"Fan səhifələrə öyrəşmişik, amma bu fərqli idi", - deyə Jalə Həsənli bildirib.
Onun sözlərinə görə, əvvəllər adına açılmış səhifələrin hər birində "fan" etiketi qeyd olunmuşdu. Lakin sonuncu dəfə qarşılaşdığı hesabda belə bir qeyd yox idi və ən təəccüblüsü isə həmin səhifənin onun adı ilə danışması, reklam təklifləri alması və izləyicilərlə ünsiyyətə keçərək Jalə Həsənli kimi davranması olub.
"Rəyləri oxuduq, baxdıq ki, adam mənim adımdan yazır, üslub isə tamam yad. Hesabdan özümə mesaj yazmaq istədim, amma artıq məni bloklamışdı," - deyə aparıcı qeyd edib.
Bu hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib və hüquq-mühafizə orqanlarının operativ fəaliyyəti nəticəsində saxta hesabın sahibi qısa müddətdə müəyyənləşdirilib. Məlum olub ki, Jalə Həsənlinin adından çıxış edən şəxs əslində gənc oğlandır.
"Kim olduğumu haradan biləcəklər?" - deyib anonimlik pərdəsi arxasında gizlənən bu şəxs artıq məsuliyyət qarşısındadır. "Fake" səhifə silindi, qanunvericiliyə uyğun tədbirlər görüldü", - deyə Jalə Həsənli vurğulayıb.
Aparıcı eyni zamanda ictimaiyyəti xəbərdar edərək bildirib ki, onun adından yayılan istənilən informasiyaya qarşı ehtiyatlı olmaq lazımdır və yalnız rəsmi hesablarına etibar edilməlidir.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































