Azərbaycan məktəblərində kütləvi çanta yoxlamaları başlayıb
23 Aprel 12:31
Ukraynada oğurlanan azərbaycanlı iş adamı V.Osmanov sərbəst buraxılıb.
"Report" xəbər verir ki, həmyerlimiz dünən axşam saatlarında onu aparan naməlum şəxslər tərəfindən sərbəst buraxılıb.
V.Osmanovun kimlər tərəfindən aparılıb sonradan buraxılması ilə bağlı dəqiq məlumat yoxdur.
Qeyd edək ki, aprelin 16-da 1972-ci il təvəllüdlü V.Osmanov Odessada idman zalından çıxarkən naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək məlum olmayan istiqamətə aparılmışdı. Ondan sonra Vüqarla heç bir əlaqə olmayıb.
Ukrayna polisi faktla bağlı araşdırmalar aparır.
Azərbaycanpolisi.az