Çexiyanın Dvur şəhəri yaxınlığındakı alçaq dağın yamacında iki turist 300,6 min avro dəyərində olan xəzinə aşkar edib.
Publika.az xəbər verir ki, içərisində ümumi çəkisi 7 kiloqram olan qızıl sikkələr, zinət əşyaları və digər əşyalar olan iki qutu turistlər tərəfindən hadisə yerinə çağırılan polisə təhvil verilib.
Daxili İşlər Nazirliyinin arxeologiya şöbəsi 3,7 kiloqramlıq sikkələrin qızıl olduğunu bildirib. Alimlər xəzinədən tapılan digər metal əşyaları tədqiq edirlər. Qutular XX əsrdə tərk edilmiş meşə sahəsinin kənarında süni şəkildə yaradılmış daş kurqanda gizlədilmişdi.
Kənarı təpənin səthindən yuxarı çıxan alüminium qutuda 11 sütuna bölünmüş və parçaya bükülmüş cəmi 598 sikkə olub. Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, birincidən bir metrə yaxın məsafədə tapılan metal qutunun içərisində sarı metaldan hazırlanmış əşyalar - 16 tütün qutusu, on qolbaq, incə məftildən hazırlanmış çanta, daraq, brelok və pudra qabı olub.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























