Bir neçə gün əvvəl "Space TV"nin efirində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad günü qeyd edilib.
Televiziya kanalında ağır cinayətə görə həbs edilən meyxanaçının ad günün qeyd edilməsi görüntüləri sosial mediada birmənalı qarşılanmayıb. Qeyd edək ki, veriliş Tarix Əliyevin aparıcılığı ilə baş tutub.
Modern.az məsələ ilə əlaqədar Audiovizual Şuraya müraciət edib.
Qurumun Kommunikasiya Sektorunun müdiri Taleh Quliyev sorğumuza cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı Şuranın aidiyyatı struktur bölmələri tərəfindən araşdırma aparılıb.
Açıqlamada qeyd olunur ki, araşdırmanın nəticələrinə uyğun olaraq qanunvercilik çərçivəsində “Space TV” televiziya kanalına rəsmi məktubla xəbərdarlıq edilib.
"Həmçinin, televiziya kanalına bildirilib ki, eyni halın təkrarlanacağı təqdirdə, inzibati cəza tədbiri – sanksiya tətbiq ediləcək", - Taleh Quliyev vurğulayıb..
Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilib. Bakı Ağır Cinayətlər məhkəməsinə qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























