Özbəkistan respublikanın birinci prezidenti Gülnarə Kərimovanın qızının dondurulmuş 131 milyon dollarlıq aktivlərindən 95 milyon dollarını İsveçrədən alıb. “İnterfaks” xəbər verir ki, bu barədə iqtisadiyyat və maliyyə nazirinin müavini Otabek Fazilkərimov bildirib.
O, həmçinin əlavə edib ki, hazırda Gülnarə Kərimovanın Belçikada olan vəsaitlərinin qaytarılması üzərində işləyir.
"Söhbət 108 milyon dollardan gedir. Gələcəkdə bu barədə əlavə məlumat verəcəyik", - Fazilkərimov bildirib.
Kərimova 1989-2016-cı illərdə Özbəkistanın rəhbəri olmuş İslam Kərimovun böyük qızıdır, hazırda ev dustaqlığındadır. 2015-ci ildə Özbəkistan məhkəməsi onu hədə-qorxu ilə pul tələb etməkdə və vergidən yayınmaqda təqsirli bilib və ona görə beş il müddətinə azadlıqdan məhrum edilib. 2017-ci ildə Kərimova 2019-cu ilə qədər vətənində çəkəcəyi daha 5 il həbs cəzası alıb. 2020-ci ildə eks-prezidentin qızı hədə-qorxu ilə pul tələb etməkdə və mənimsəmədə təqsirli bilinərək, ona daha 13 il 4 ay həbs cəzası əlavə edilib.
2020-ci ildə İsveçrə Özbəkistanla Kərimovanın çirkli pulların yuyulması işində ələ keçirilən pulların qaytarılmasına dair sazişin şərtlərini razılaşdırıb. Özbəkistan prokurorluğu həmçinin birinci prezidentin qızı tərəfindən aparılmış milli tarixi və bədii sərvətlərin geri qaytarılmasını istəyir.
Bundan əvvəl İsveçrənin Kərimovaya 131 milyon dolları Özbəkistana qaytaracağı barədə məlumat yayılmışdı.
Əziz Mustafa, Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























