Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyevanın adından dələduzluq edilib.
Axşam.az xəbər verir ki, qızının adından A.Haşımovadan pul alıblar. İfaçı "7 Tamam" proqramında bundan danışıb:
"Tələbəm Hikmətin qonaqlığı idi, başım ona qarışmışdı. O adam kimdirsə, mənim orada olduğumu bilib. Fikirləşib ki, əgər evdə olsam, ayıq başla onu yazanın Aynişan olub-olmadığını biləcəyəm. Sonra yazışmalara baxdım ki, nə qədər səhvləri var idi. Milanaya yazmışdı, ona görə aldandım. Milanaya “Milaşka” yazıb. Haradan bilir ki, mən Milaşka deyirəm? Soruşub ki, müəllimən haradadır? Deyib, Hikmətin qonaqlığındayıq. Axı teleqramda nömrə görünmür, ad yazılır. Bir maraqlı məqam var ki, həmişə Aynişanın yazdığı cümləni yazmışdı: Ana mənə kartından pul göndərərsən?
Elə olur ki, kartında problem olur, ya da kartla köçürməli olur. Kimdənsə şübhələnmək, ürəyimi bulandırmaq istəmirəm. Sevinirəm ki, o adam övladımı nə qədər sevdiyimi bildi. 1200 manat göndərdim. Getdi... Həmin dəqiqələrdə yenə istədi, onda bildim ki, yalandır. Polisə müraciət etmişik. Deyir ki, kartında nə qədər pulun qalıb? Axı Aynişan belə sual verməz. Onda dedim ki, bu başqa adamdır. Heç əhəmiyyət vermirdim, tədbirə başım qarışmışdı. O sözü məni dayandırdı. Aynişana zəng etdim ki, sənə pul gəldi? Deyir, nə pul? Mənə əsəbiləşmişdi ki, niyə belə iş görürsən? Dedim, nə edim, sənin adından istədi".
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































