Həkimlər uzun ömür üçün yeddi vərdiş açıqlayıb
6 İyun 10:33
2025-ci ilin əvvəlindən bu günə qədər 62 nəfər ölümdən sonra orqanlarını bağışlamaq üçün müraciət edib.
Oxuməni.az xəbər verir ki, bu barədə “Trend”-in sorğusuna cavab olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, ölümdən sonra orqanlarını vermək istəyənlərin sayında artım var. Müraciət edənlərin yaşı 18-dən yuxarıdır.
Yada salaq ki, bir neçə ay əvvəl Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeqyanə Abbasova keçirdiyi mətbuat konfransında qeyd etmişdi ki, son iki ildə ölümdən sonra donor olmaq istəyənlərin sayı 100-ə yaxındır.
Azərbaycanpolisi.az