Mərhum şair Nüsrət Kəsəmənlinin aktyor oğlu Rəşad Kəsəmənli ilə nəvəsi Cavidan Kəsəmənlinin münasibətləri pisləşib.
Yenisabah.az xəbər verir ki, bu, onların sosial şəbəkə paylaşımlarında üzə çıxıb. Belə ki, R.Kəsəmənli feysbukda yazdığı “İşiniz keçdiyi müddətdə “əmi” dediklərinizə, quyruğunuz qapı arasından çıxandan sonra “tanımıram səni” deməyin! O qapıya bir də işiniz düşər, haqqını halal etməz!” sözlərinə Cavidan belə cavab verib:
“Özünü “əmi” sayan və bunu indi xatırlayan biri istehza ilə paylaşım edib, düzgünlükdən, halallıqdan danışır. Hər dəfə olduğu kimi, öz publikasına oynamağa çalışır. Sənin heç vaxt üstümdə haqqın olmayıb. Sadəcə, elə göstərməyə çalışmısan. Sən ümumiyyətlə özündən başqa heç kimi düşünəcək xarakterdə deyilsən. Kimlərisə inandıra bilərsən, amma səni çox yaxından tanıyanları əsla. Yad məsələlərə körpəni qarışdıran, özəl günlərdə özünü xəbərsiz aparıb ögey münasibət göstərən, tək qalmağıma səbəb olan biri olaraq, bunu hiss etdirməmək əvəzinə heç nə ilə maraqlanmayan biri, məndən hansı üzlə “sənin doğmanam” deyə bilər? Vallah, danışsam, çox şey deyərəm, inan, açıqlamasını verə bilməyəcəksən.
Əgər açıq danışaq deyirsənsə, mən hazıram. Hər şeyi açıq paylaşaq. Kartları açıq oynasaq, sənə heç sərf eləməz, bilirsən. Mənə maraqlı deyilsən, bəli, səni tanımıram. Necə ki, sən özün tək qoyub məni tanımadın”.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























