Dövlət Gömrük Komitəsi itlərə 220 min xərcləyir

Dövlət Gömrük Komitəsi itlərə 220 min xərcləyir

Dövlət Gömrük Komitəsi (DGK) itlərinə 220 min manat pul xərcləyir.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Komitə bununla bağlı açıq tender elan edib.

Məlumata görə, Komitə 88 it üçün ümumilikdə tərkibi quzu, toyuq və dana ətindən ibarət olan 21 ton 249,6 kiloqram quru yem sifariş edir. Başqa sözlə, bir it üçün nəzərdə tutulan yemin həcmi 241,5 kiloqramdır.

Satınalmaya həmçinin, 88 ədəd xalta, eyni sayda xalta üçün ip, yemək və su qabları və 176 ədəd oyuncaq top daxildir.

Qeyd edək ki, tenderin ehtimal edilən qiyməti 223 min 237 manatdır.

Xatırladaq ki, DGK ötən il bu məqsədlə keçirilən tenderə 168,9 min manat vəsait xərcləyib. Tenderin qalibi isə "UNİVERSAL-RA" MMC olub.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az