Özünü müğənni kimi təqdim edən Dəniz Əsədova hakim qarşısına çıxarılır. O, 4 nəfəri təhqir etməkdə və onlara böhtan atmaqda ittiham edilir. Əsədova sosial şəbəkələrdə hakimləri, prokurorluq əməkdaşlarını və digər vəzifəli şəxsləri də təhdid etməsi ilə gündəmə gəlib.
Oxuməni.az Musavat.com istinadla xəbər verir ki, onun barəsində Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında 4 şikayət daxil olub.
İddiaçılar arasında tanınmış vəkillər və həkimlər var.
Dəniz Əsədova həmin şəxsləri özünə məxsus sosial şəbəkə hesablarında təhqir və təhdid edib. Bu məhkəmə prosesləri uzun müddətdir davam edir və proseslərin uzanmasının bir neçə səbəbi var. Bütün bu səbəblər Dəniz Əsədovadan asılı olub.
O, bir neçə dəfə vəkil dəyişərək işin uzanmasına səbəb olub. Bir neçə dəfə də məhkəmə çağırışlarına məhəl qoymayıb. Binəqədi Rayon Məhkəməsi Dəniz Əsədova barəsində məhkəməyə gəlmədiyi üçün iki dəfə axtarış elan edib. Əsədova sonradan məhkəməyə könüllü getdiyi üçün barəsində axtarış dayandırılıb.
Dəniz Əsədovanın fəaliyyətində diqqət çəkən bir neçə məqam da var. O, sosial şəbəkə hesablarında daha əvvəl də ayrı-ayrı şəxsləri təhqir etdiyi üçün məhkəmə tərəfindən cəzalandırılıb. Həmçinin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə məhkum edilib.
Dəniz Əsədovanın sosial şəbəkə hesablarından prokurorluq əməkdaşlarını, hakimləri və digər hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərini təhdid və təhqir etməsi ilə bağlı bir neçə videogörüntü də var.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































