Bakıda yaşayan rayon qeydiyyatında olanlara ŞAD XƏBƏR

Bakıda yaşayan rayon qeydiyyatında olanlara ŞAD XƏBƏR

Sağlamlıq haqqında arayış əldə etmək hər bir vətəndaş üçün vacib amillərdən biridir.

Sağlamlıq haqqında arayış əldə etmək üçün hazırda 40 manat məbləğində dövlət rüsumu ödənilir. Ancaq onu da vurğulayaq ki, bu gün bir çox vətəndaş Bakıda məskunlaşıb və onların əksəriyyəti rayon qeydiyyatındadır. Rayon qeydiyyatında olanlar sağlamlıq haqqında arayışı Bakıdan ala bilərmi?

Məsələ ilə bağlı Cebheinfo.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, hər bir vətəndaş müvəqqəti və ya daimi yaşadığı ərazi üzrə ilkin səhiyyə xidməti müəssisəsində tibbi qeydiyyata alınır:

“Vətəndaşın qeydiyyatı ilə yaşadığı ünvan fərqli olduqda, həmin ünvanda müvəqqəti qeydiyyatsız yaşaması haqqında təsdiq edən sənəd (arayış) tələb edilir. Həmin sənəd əsasında vətəndaş müvəqqəti yaşadığı ərazi üzrə ilkin səhiyyə xidməti müəssisəsində ambulator qeydiyyata alınır və tibbi müayinələrə cəlb edilir”.

“Arayışı haradan əldə etmək olar?” sualına cavab olaraq TƏBİB-dən bildirib ki, sənədi mənzil istismar sahəsindən (“JEK”) əldə etmək olar:

““JEK”-dən arayışı alıb ərazidəki poliklinikaya təqdim edilməlidir”.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az