Bu maşınlar sığortalanmır – Sürücülər nə etməlidir?

Bu maşınlar sığortalanmır – Sürücülər nə etməlidir?

Son zamanlar bir çox taksi sürücüləri avtomobillərinin sığortası zamanı müəyyən çətinliklərlə qarşılaşdıqlarını deyir. Onlar sığorta şirkətlərinin müxtəlif səbəbləri əsas gətirərək sığortalamadan boyun qaçırdığını bildirir.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan sığorta agenti Şahin İsmayılov bildirib ki, qanunvericiliklə sığorta şirkətinin imtina vermək hüququ yoxdur:

“İmtina onun lisenziyasının ləğv olunmasına gətirib çıxara bilər. Ümumiyyətlə, sığorta müqavilələri sığorta agentləri vasitəsi ilə həyata keçirilir. Amma hər bir sığorta şirkətinin onlayn sistemi var ki, hər bir vətəndaş o sistem vasitəsi ilə öz sığortasını yaza bilər. Amma böyük vətəndaşların böyük əksəriyyəti bu onlayn sistemlərdən istifadə etmə qaydalarını bilmədiyinə görə sığorta agentlərinə müraciət etməyə məcburdular. Lakin sığorta şirkətləri bildirir ki, mühərrikinin həcmi kiçik olan avtomobillərin sığorta qeydiyyatına qadağa var. Yəni son nəticədə bu müqavilənin bağlanmasına görə sığorta agentləri komissiya almır”.

Şahin İsmayılov qeyd edib ki, sürücülər sığortanı özləri onlayn qaydada həyata keçirməli, yaxud sığorta şirkətinin baş ofisinə müraciət etməlidir:

“Sığorta agentlərinin qazancı bağladığı müqavilədən gələn faiz hesabına ödənilir. Amma mühərrik həcmi kiçik avtomobillərə görə agentlərə komissiya verilmədiyinə görə onlar bu tip maşınlara sığorta müqaviləsi yazmaqda maraqlı deyillər.

Sürücünün üzərinə düşən vəzifə odur ki, ya bu müqaviləni özü onlayn sistem vasitəsi ilə həyata keçirməli, yaxud hər hansı sığorta şirkətinin baş ofisinə müraciət etməlidir. Amma sığorta şirkətlərinin imtinasının qanuni əsası yoxdur. Belə bir fakt aşkarlanarsa, Mərkəzi Bank həmin sığorta şirkətinin lisenziyasını ləğv edə bilər”.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az