Babək Rzayev həbs edildi

Babək Rzayev həbs edildi

Vəkil Babək Rzayevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Naxçıvan şəhər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Babək Rzayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, Bakı şəhərində yerləşən “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vəkili Rzayev Babək Vahid oğlu barəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğunda toplanmış materiallar əsasında cinayət işi başlanıb.

Babək Rzayevin muxtar respublikada müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirməklə 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaitini tələb edib alması sübut olunub.

İş üzrə toplanmış sübutlar əsasında Babək Rzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan olunub.

İstintaq dövründə onun barəsində əvvəlsə həbs qətimkan tədbiri seçilib, sonradan bu, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Qeyd edək ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin ötən il 25 sentyabr tarixli qərarı ilə Babək Rzayevin fəaliyyəti dayandırılmaqla Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az