2025-ci ildə müəlimlərin minimum əmək haqqı 800 manata çatdırılacaq

2025-ci ildə müəlimlərin minimum əmək haqqı 800 manata çatdırılacaq

2025-ci ildə Azərbaycanda təhsil sahəsində bir sıra yeniliklər gözlənilir.

Modern.az gözlənilən yeniliklərlə bağlı təhsil eksperti Kamran Əsədovla həmsöhbət olub.

O qeyd edib ki, gözləntilər arasında ən vacibi müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır:

"Yaxın günlərdə müəllimlərin əmək haqqının artırılması istiqamətində addımlar atılmalıdır. Hazırda ölkədə orta aylıq müəllim maaşı 500-600 manat təşkil edir. Bu rəqəm müasir iqtisadi reallıqlara uyğunlaşdırılmalı və 2025-ci ildə minimum 800 manata çatdırılmalıdır".

Ekspet bildirir ki, digər gözlənti müəlimlərin sertifikasiya imtahanları ilə bağlıdır. “Bilirsiz ki 2022-ci ildən başlayan bu proses ökədə orta məktəblərin inkişafına xüsusilə töhvə verir. 2025-ci ildə bir sıra digər fənlər üzrə də sertifikasiya imtahanları olacaq”- deyə Kamran Əsədov qeyd edib.

Bu il məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndiriləcəyi də gözlənilir. Kamran Əsədov bildirir ki, “ölkəmizdə 30 faizə qədər uşaq məktəbəqədər təhsilə cəlb olunurdusa, bu il bu istiqamətdə biz xoş rəqəmləri görə biləcəyik”.

Azərbaycanın ali təhsil müəssisələrinin bu ilin iyul ayında yeni reytinqinin açıqlanması da yeni gözləntilər sırasındadır. Ekspert qeyd etdi ki, indiyə qədər açıqlanan ümumi reytinqlər deyil, sadəcə müxtəlif sahələr üzrə hesablamalar idi.

Bu il qəbul plan yerlərində də artım olacaq. Xüsusilə Qarabağ Universitetində qəbul yerlərinin artması gözlənilir.

Həmçinin Kamran Əsədov bildirir ki, bu il ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə qəbul plan yeri ən azı 60 mindən yuxarı olacaq.

"Bu təhsilin əlçatanlığına kifayət qədər müsbət təsir göstərəcək", - ekspert vurğulayıb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az