Rusiyaya daxil olan miqrantların statusuna nəzarəti asanlaşdırmaq üçün iyun ayının 30-dan etibarən onların şəxsi və biometrik məlumatlarından ibarət rəqəmsal profil formalaşdırılmağa başlanılacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə məlumat rus mediasında öz əksini tapıb.
Həmin tarixdən istənilən buraxılış məntəqəsindən bu ölkəyə daxil olan xarici vətəndaşlar barmaq izlərini və fotoşəkillərini təqdim etməli olacaqlar. Rusiya Rəqəmsal İnkişaf Nazirliyindən verilən məlumata görə, əcnəbilər istədikləri təqdirdə özləri “RUİD” tətbiqində rəqəmsal profil yarada bilərlər.
Dəyişikliklər Belarus vətəndaşlarına, 6 yaşına çatmamış uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinə və konsulluq idarələrinin diplomatlarına, eləcə də, əməkdaşlarına, həmçinin, onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların Rusiya Federasiyasında akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşlarına və ailə üzvlərinə aid edilməyəcək.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































