Azərbaycan, Rusiya və Qazaxıstandan mütəxəssislər AZAL təyyarəsinin qara qutularını deşifrə etmək üçün Braziliyaya gələcək

Azərbaycan, Rusiya və Qazaxıstandan mütəxəssislər AZAL təyyarəsinin qara qutularını deşifrə etmək üçün Braziliyaya gələcək


Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qara qutularını deşifrə etmək üçün Azərbaycan, Qazaxıstan və Rusiyadan olan mütəxəssislər Braziliyaya gələcək. Bu barədə Braziliya Hərbi Hava Qüvvələri məlumat yayıb.
Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir ki, Beynəlxalq Mülki Aviasiya Konvensiyasına 13-cü Əlavəyə uyğun olaraq, Qazaxıstanın Hava Qəzalarının Təhqiqat Departamentinin sorğusuna cavab olaraq, Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi Qazaxıstandan üç nümayəndə qəbul edəcək.Həmçinin, məlumatların şifrəsinin açılması prosesinə Azərbaycan və Rusiyadan, hər bir ölkədən üç mütəxəssis də nəzarət edəcək.
Qara qutular çərşənbə axşamı Braziliyaya çatmalıdır.
Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az