Ağstafanın həbsdə ölən icra başçısı Nizaməddin Quliyevlə birgə məhkum edilmiş müavini Ramiz Tatarov cəzasının çox hissəsini çəkməsi ilə bağlı vaxtından əvvəl şərti azadlığa buraxılıb.
APA məlumat verir ki, Nizami Rayon Məhkəməsi belə qərar qəbul edib.
Hakim məhkumun 6 illik azadlıqdan məhrum etmə cəzasının çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini, dövlətə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq müraciəti təmin edib.
Qərara əsasən, Ramiz Tatarov vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. Onun məhkumluğu gələn ilin dekabrında başa çatacaq.
Qeyd edək ki, R.Tatarov və mərhum sabiq icra başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatların birincisində - 2019-cu ilin dekabrında həbs edilib.
Vəzifə cinayətlərində təqsirli bilinən N.Quliyevin cinayət işinə ölümü ilə bağlı bəraətverici əsaslar olmadan xitam verilib. R.Tatarova isə yekun qərarla 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































