Azərbaycan məktəblərində kütləvi çanta yoxlamaları başlayıb
23 Aprel 12:31
Ağdərə-Kəlbəcər yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub.
Yolsuzluq avtomobilinin aşması nəticəsində Kərimov Asəf Raquf oğlu, Məmmədov Samir Mətləb oğlu, Həsənov Mütalib Telman oğlu, Alxanov Sərdar İmran oğlu aldıqları xəsarətdən hadisə yerində ölüblər.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Zülfüqarov İlkin Qurban oğlu isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.
Azərbaycanpolisi.az