Cəlilabadda ətraf mühiti zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunublar

Cəlilabadda ətraf mühiti zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunublar

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə rayon ərazisində növbəti profilaktik tədbir keçiriblər.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Report-a verilən məlumata görə, tədbir zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə 5 nəfər barəsində inzibati tənbeh tədbirinin görülməsi təmin edilib.

Sözügedən ərazilərdəki antisanitar vəziyyət polis və aidiyyəti dövlət qurumu tərəfindən aradan qaldırılıb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az