Müğənni Damlanın Amerikaya girişi bir illik qadağan edilib.
Bu barədə ifaçı "Xəzər axşamı" verilişində danışıb:
"Viza məsələmiz hələ də alınmır. Bir illik ölkəyə giriş qadağam var. Oğlum İbrahim üçün çox darıxmışam. Onunla danışıram, amma dərslərinə görə Azərbaycana gələ bilmir".
Qeyd edək ki, Damla ABŞ-də təhsil alan övladını 11 aydır görə bilmir. Müğənni ötən ay ABŞ-yə getmə qadağasının səbəbini belə izah etmişdi:
"Amerikada yaşayan həmyerlilərimiz biləndəki oğlum orada universitetə qəbul olub fikirləşiblər ki, mənim də vizam var və orada Novruz bayramı ərəfəsində konsert verim. Sənədlərimi hazırladım və müsbət cavab gəldi. Dedilər ki, 3 gün gözləyin. Həmin ərəfədə təşkilatçılar afişa hazırladılar. Xəbərim olmadan bilet satışı başlayıblar. Heç nəyin üstündə səfirlikdən zəng gəldi. Gedəndə səfir konsert afişasını göstərdi ki, bizi aldadırsınız, konsert verməyə gedirsiniz. And içdim ki, övladımın yanına gedirəm. Necə olub onlara göndərilib, bilmirəm"
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































