Azərbaycan məktəblərində kütləvi çanta yoxlamaları başlayıb
23 Aprel 12:31
Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 14-nə təyin edilib.
Şikayət hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Bəydəmirli 8 il azadlıqdan məhrum edilib.
Hökmdə əsasən, o, zərərçəkmiş Mürsəl İbrahimova 49 min 740 manat ödəməlidir.
N.Bəydəmirli ötən il həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb.
Azərbaycanpolisi.az