Çakraborti müsəlmanları təhqirə görə üzr tələbini rədd etdi

Çakraborti müsəlmanları təhqirə görə üzr tələbini rədd etdi

Üzr istəmək kimi bir fikrim yoxdur. Həyatım boyunca hindularla müsəlmanlar arasında nifrət yaradacaq heç bir bəyanat verməmişəm.

Bu sözləri Bollivud ulduzu Mithun Çakraborti pakistanlı siyasətçi Şahzad Bhattinin üzr tələbinə cavabında deyib.

“Sözlərim media tərəfindən təhrif edilib və məğzindən uzaqlaşdırılıb”, - o bildirib.

Qeyd edək ki, Çakraborti bir müddət əvvəl müsəlmanları hədələyərək, “sizi tikə-tikə doğrayıb, cəsədlərinizi çaya deyil, torpaqlarınıza atacağıq” deyib. Onun təhdidamiz çıxışı olduqca sərt reaksiyaya səbəb olub. Pakistanlı siyasətçi Şahzad Bhatti buna münasibıt bildirərək, Çakrobortinin 15 gün ərzində müsəlmanlardan üzr istəməsini tələb edib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az