“Azərbaycanda məişət zorakılığı artıq demək olar ki, qatı cinayətləri üstələyir. Cinsindən, yaşından, mövqeyindən asılı olmayaraq, məişət cinayətinin qarşısı alınmalıdır”.
Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.
“Bu gün bunun ən çox əziyyətini çəkən qadınlardır, uşaqlardır, qocalardır. Demək olar ki, tez-tez mediada görürük, oğul atanı öldürdü, qardaş bacını öldürdü və sairə. Mətbəxdə mübahisə düşür, əlinə alır baltanı, vurur təpəsinə. Bu zaman 102-yə zəng gedir. Digər tərəfdən uzunmüddətli psixoloji cinayətlər var. Amma informasiya kanallarında bu cinayatlərin qızışdırılmasına dair verilişlər gedir, nəinki bunun sakitləşdirilməsinə. İnformasiya kanallarında aparıcılar polisə, prokurora tapşırıqlar verirlər. Hüquqi təhsili olmayan, üç qonşunun dediyinə əsasən, aparıcı elə danışır ki, növbəti cinayətə yol açır. Bundan başqa, o verilişdə oturan ekspertlər harada yetişib, harada formalaşıb? Bu, incəsənət oxuyub və o deməkdir ki, insanlara necə yaşamağı öyrətməlidir?
Digər məsələ, seriallardır. Əvvəllər oğullarımız Koroğluya, Nəbiyə bənzəməyə çalışırdısa, indi seriallardakı kriminal obrazlara, qızlar da Həcərə, Nigara bənzəməyə çalışırdısa, indi müxtəlif obrazlara oxşamağa çalışırlar. Bu, mənəviyyat məsələsidir. Bu problemlərin qarşısı alınmalıdır”.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































