Nigeriyada rekord həddə çatan yaşayış böhranına qarşı etiraz aksiyasında iştirak edən 29 uşaq ölüm cəzası ilə üzləşib. Bu barədə “Associated Press” məlumat yayıb.
Agentliyin aydınlaşdırdığı kimi, yaşayış minimumunun rekord böhranına qarşı etiraz aksiyasının ən azı 76 iştirakçısı on ağır cinayətdə ittiham olunub. Bunlara xəyanət, sülhün pozulması, üsyan və əmlakın məhv edilməsi daxildir.
“İttiham edilən yetkinlik yaşına çatmayanların yaşı 14-17 arasında dəyişir”, - nəşr qeyd edib.
Xatırladaq ki, Nigeriyada yerli sakinlər avqust ayından elektrik enerjisi və benzinə verilən subsidiyaların qismən dayandırılmasına səbəb olan iqtisadi islahatlara və son 30 ildə ən yüksək həddə çatan inflyasiyaya etiraz edirlər.
Nigeriyada ölüm cəzası müstəsna cəza olaraq yarım əsrdir ki, mövcud olsa da, 2016-cı ildən bəri belə cəzalar tətbiq edilməyib.
Eyni zamanda, uşaq hüquqları ilə bağlı yerli qanunvericilik yetkinlik yaşına çatmayanların ölüm cəzasına məhkum edilməsinə icazə vermir.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































