Bakı şəhərində yerləşən "General Hospital" klinikasında yoxlamalar aparılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, klinikada bəzi nöqsanlar aşkarlanıb.
Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Adıçəkilən klinikada aparılan yoxlamalarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, “General Hospital” barəsində də daxil olan rəsmi müraciətə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq AEM tərəfindən plandankənar (növbədənkənar) yoxlama keçirilib və materiallar aidiyyəti üzrə növbəti icraata göndərilib.
"General Hospital" klinikasının baş həkimi Rüstəm Mikayılov yoxlamaların hazırda da davam etdiyini bildirib:
"Vətəndaşa verdiyimiz bülletenlə bağlı yoxlama aparıldı. İndi də klinikada yoxlama var. İş yekunlaşdıqdan sonra məhkəməyə göndərəcəklər", - deyə o qeyd edib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































