Miçiqan Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, niyə bəzi cütlüklərin yalnız oğlan, digərlərində isə yalnız qız uşaqları kimi dünyaya gəlir. Məlum olub ki, cins nisbətinə “RLF” və “KIF20B”-nin genetik variantları təsir edir, tədqiqatın nəticələri “Proceedings of the Royal Society B: Biological Sciences” jurnalında dərc olunub.
Alimlərin fikrincə, hər il dünyada təxminən eyni sayda oğlan və qız doğulur, lakin bəzi ailələrdə bəzi cütlüklərin bütün uşaqları qız, bəziləri isə oğlan kimi dünyaya gəlir. Bu fenomen tədqiqatçıların diqqətini bu prosesdə valideyn genlərinin mümkün roluna cəlb edib.
Alimlər eynicinsli doğumların arxasında duran potensial genetik faktorları araşdırmaq üçün 500.000 britaniyalı haqqında məlumatı özündə əks etdirən Britaniya Biobankının məlumatlarını təhlil ediblər. Tədqiqat “rs144724107” tək nukleotid dəyişikliyini müəyyən edib ki, bu da qız uşaq sahibi olma ehtimalını 10% artırır. Lakin bu dəyişiklik iştirakçıların yalnız 0,5%-də baş verir. O,spermatogenez və mayalanma proseslərində iştirak edən “ADAMTS14” geninin yanında yerləşir.
Bundan əlavə, tədqiqatçılar cins nisbətinə də təsir edə biləcək iki başqa gen, “RLF” və “KIF20B” tapıblar. Alimlərin fikrincə, bu genlərin xassələri digər nümunələrdə əlavə sınaqlara ehtiyac duyur.
Tapıntılar, populyasiyaların niyə bərabər cins nisbətlərini qoruduğunu izah edən təkamül biologiyasında nəzəriyyə olan Fişerin prinsipinə uyğundur. Əgər populyasiyada eyni cinsdən daha çox fərd doğulmağa başlayırsa, təbii seçim “nadir” cinsin doğum nisbətinin artmasına kömək edir ki, bu da tarazlığın bərpasına gətirib çıxarır.
Almaz Həsənli
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































