Rusiya Əmək Nazirliyinin rəhbəri Anton Kotyakov bildirib ki, onun idarəsi Daxili İşlər Nazirliyi ilə birlikdə miqrantların sərbəst girişini məhdudlaşdırmağa yönəlmiş yeni sistem üzərində işləyir“Vedomosti”yə müsahibəsində o qeyd edib ki, təklif olunan “sivil model” biznes üçün riskləri azaldacaq və xaricdən işçilərin mütəşəkkil şəkildə işə götürülməsini təmin edəcək.Kotyakovun sözlərinə görə, mövcud model işçilərin işdən çıxarılmasına zəmanət olmadan miqrantların təlimi və tibbi müayinəsi xərclərini öz üzərinə götürən işəgötürənlər üçün çətinliklər yaradır. O vurğulayıb ki, yeni sistem miqrantların təhsil və təliminin öz vətənində həyata keçirilməsini təmin edəcək. Bu, guya işəgötürənlərə daha çox təminat verəcək və işçilər üçün məsuliyyət yaradacaq“Gələcək işçi ilə işəgötürən arasında maliyyə münasibətləri üçün şəffaf, başa düşülən qaydalar formalaşdırılmalıdır. Məsələn, əgər şirkət xərc çəkirsə, o zaman işçinin ayrıldığı halda bu məbləği qaytarmaq öhdəliyi olmalıdır”, - Kotyakov bildirib.
Almaz Həsənli
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi




















































