Qobustanda yerləşən zavodlardan birində işçilər arasında insident baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, oktyabrın 15-də saat 12 radələrində paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yerləşən zavodda işçilərdən birinin xəsarət alması barədə polisə məlumat daxil olub.
Qeyd edilib ki, araşdırmalarla 2004-cü il təvəllüdlü Yaşar Qumbatovun münaqişə zəminində iş yoldaşı 2001-ci il təvəllüdlü Nurlan Şahpələngovun başına dəmir parçası ilə xəsarət yetirməsi müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Y.Qumbatov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.
Hazırda Qaradağ Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































