İspan alimləri çoxəsrlik sirri həll etmək üçün DNT analizindən istifadə edərək belə qənaətə gəliblər ki,15-ci əsrin məşhur tədqiqatçısı və səyyahı Xristofor Kolumb Qərbi Avropadan olan Sefarad yəhudisi olub. “Reuters” yazır ki, bu, nəhayət, Kolumbun mənşəyinin çoxdankı sirrini açıb.
Bu sirri açmaq üçün tədqiqatçılar məhkəmə-tibb eksperti Migel Lorentenin rəhbərliyi ilə 22 illik araşdırma apararaq Sevilya kafedral kilsəsində basdırılmış qalıqların kiçik nümunələrini sınaqdan keçiriblər. Onları məşhur qohumların və nəsillərin məktubları ilə müqayisə ediblər. "Bizdə Xristofor Kolumbun DNT-si çox qismən, lakin kifayət qədərdir. Bizdə onun oğlu Hernando Kolonun DNT-si var", - Lorente deyib.
"Həm Hernandonun Y xromosomu (kişi) və mitoxondrial DNT (anası tərəfindən ötürülür) yəhudi əcdadına uyğun xüsusiyyətlərə malikdir",o deyib.
Lorente bildirib ki, Kolumbun yalnız Qərbi Avropada doğulduğunu iddia etmək olar.
Mütəxəssis Sevilya kafedral kilsəsindəki qalıqların Kolumba aid olması ilə bağlı əvvəlki nəzəriyyələri də təsdiqlədiklərini bildirib.
Alimlər qeyd ediblər ki, Kolumbun milliyyətinin öyrənilməsi bir sıra amillər, o cümlədən çoxlu məlumatlarla mürəkkəbləşib. Lakin "nəticə demək olar ki, tamamilə etibarlıdır" deyib Lorente.
Katolik monarxları İzabella və Ferdinand yəhudilərə və müsəlmanlara katolik inancını qəbul etməyi və ya ölkəni tərk etməyi əmr etməzdən əvvəl İspaniyada təxminən 300.000 yəhudi yaşayırdı.
"Sefarad" sözü ivrit (ibrani) dilində "İspaniya" mənasını verən "Sefarad" sözündəndir.
Xristofor Kolumb 1506-cı ildə İspaniyada vəfat edib, lakin bu gün Dominikan Respublikası və Haiti tərəfindən paylaşılan Hispaniola adasında dəfn olunmaq istəyib. Onun qalıqları 1542-ci ildə oraya, sonra 1795-ci ildə Kubaya, 1898-ci ildə isə Sevilyaya aparılıb.
Almaz Həsənli
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi




















































