Miqrant əməyindən istifadə edən Rusiya şirkətlərinin yarıdan çoxu kifayət qədər sayda əcnəbi işçi işə götürə bilmir. Bu barədə “Kommersant” qəzeti “hh.ru” və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) sorğularına istinadən məlumat yayıb. Qəzet qeyd edir ki, miqrantlar Rusiyada qıt əmək bazarını doldurmaq üçün sonuncu resurslardan biridir.
“hh.ru” saytının məlumatına görə, sorğuda iştirak edən şirkətlərin 53%-i xaricdən cəlb edilmiş əmək resurslarının çatışmazlığını yaşayır, 46%-i miqrantların işə götürülməsinin cari həcmindən bu və ya digər dərəcədə razıdır. RSPP-də məlumatlar oxşardır.
Məqalədə deyilir ki, Rusiya şirkətlərinin yarıdan çoxunun əsas problemi lazımi mütəxəssislərin olmamasıdır. Şirkətlər işə müraciət edənlərin rus dili imtahanından keçə bilməməsindən şikayətlənirlər. Bundan əlavə, hakimiyyət xarici işçilərin istifadəsinə məhdudiyyətlər, bəzi hallarda isə tam qadağa qoyub.
Ötən il Rusiyanın əmək bazarında xarici əmək miqrantlarının sayı təxminən 3,5 milyon nəfər təşkil edib ki, bu da 2019-cu illə müqayisədə təxminən 1 milyon nəfər azdır.
Sentyabrda ekspertlər bildiriblər ki, miqrantlar Cənubi Koreya və Britaniyanı Rusiyadan üstün tutmağa başlayıblar.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































