Amerikalı media maqnat, internet sahibkar və xeyriyyəçi, “Meta”-nın həmtəsisçisi, “Facebook”-un yaradıcısı Mark Zukerberq həyat yoldaşı Priscilla Çana orijinal hədiyyə edib. Xüsusilə onun üçün unikal “Porsche Cayenne” limuzini yaradılmışdır. Bu barədə milyarder “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Priscilla Chan ailə mikroavtobusu istəyirdi, çünki ona və uşaqlarına belə bir avtomobil lazım idi. Mark Zukerberq kömək üçün "Pimp My Ride" şousunda məşhurlaşan məşhur Kaliforniya studiyası “West Coast Customs”-a müraciət edib.
Tünerlər uzadılmış “Porsche Cayenne” üçün layihə hazırlayıblar və kupe formalı krossoverdən 660 at gücü hasil edən 4,0 litrlik V8 tvin-turbo ilə təchiz edilmiş GT versiyasında istifadə ediblər.
“Porsche Cayenne” krossoveri uzadılıb və minivenlərdə olduğu kimi elektrik sürüşən arxa qapılar quraşdırılıb. İndi salonda üç sıra oturacaqlar var, birinci və ikinci sıralarda idman oturacaqları quraşdırılıb.
“West Coast Customs” Mark Zukerberqin “Porsche 911 GT3 Touring” avtomobilini də fərdiləşdirib. İdman avtomobili mexaniki transmissiya ilə təchiz edilib.
Qeyd edək ki, Mark Zukerberqin maraqlı avtomobil kolleksiyası var. Xüsusilə, onun 1,4 milyon dollar dəyərində “Pagani Huayra” superkarı var. Bununla belə, o, uzun müddət gündəlik avtomobil kimi təvazökar “Honda Fit” və “Volkswagen Golf GTI”-dən istifadə edirdi. İndi onları “Cadillac CT5-V Blackwing” sedanı əvəz edir.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































