İsrail “Hizbullah” lideri Həsən Nəsrullahın öldürüldüyü gün bu qrupa daxil olan bir İran agentindən onun harada olduğu barədə bildiriş alıb. Bu barədə Fransanın “Le Parisien” nəşri məlumat yayıb.
Öldüyü gün, Beyrutun cənub ətraflarında Nəsrullahın bunkerindən bir qədər aralıda yaxınlarda öldürülən “Hizbullah” döyüşçüsü üçün dəfn mərasimi keçirilib. Dəfn mərasimindən sonra Nəsrullah, İran generalı və “Hizbullah”ın 12 yüksək rütbəli komandiri bunkerə toplaşıb. Agent tərəfindən xəbərdarlıq edilən İsrail kəşfiyyatı onları daim izləyirdi. F-35 təyyarələri artıq havada idi və hücum əmrini gözləyirdi.
Qrupun bütün hərbi rəhbərliyi qərargahda toplanana qədər gözlədikdən sonra İsrail təyyarələri hər biri iki ton ağırlığında altı bomba atıblar. Nəticədə “Hizbullah” bunkerinin yerində dağıntılarla dolu 30 metr dərinlikdə krater yaranıb. Bundan əvvəl İsrailin “Ynet” portalı qruplaşmanın komanda mərkəzinə atılan bombaların ümumi çəkisinin 80 tonu ötdüyünü iddia etmişdi.
“Le Parisien” “Hizbullah”a yaxın mənbəyə istinadən xəbər verir ki, partlayışdan dərhal sonra şiə liderinin göstərişlərini yerinə yetirmək və çatdırmaq üçün məsul olan şəxslər onunla bütün əlaqəni itiribiblər.
“The New York Times” mənbələrə istinadən yazır ki, 2006-cı ildə İkinci Livan müharibəsi başa çatdıqdan sonra İsrail “Hizbullah”ın dərinliklərinə nüfuz edə biləcək güclü kəşfiyyat şəbəkəsi yaradıb. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, bunun sayəsində hərbçilər ABŞ-a məlumat ötürə biliblər. Nəticədə 2020-ci ilin yanvarında İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş komandiri Qasım Süleymani İraqda öldürülüb.
Xatırladaq ki, “Hizbullah”ın baş katibi Həsən Nəsrullah sentyabrın 27-də İsrail Müdafiə Qüvvələrinin Beyrut ətrafında hərəkatın yeraltı komandanlıq mərkəzinə endirdiyi silsilə hava zərbələri nəticəsində öldürülüb. Ölənlər arasında “Hizbullah”a kömək etmək üçün İrandan Livana göndərilmiş “SEPAH” komandirinin müavini general-mayor Abbas Nilforuşan da var.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































