Bərdədə atanın 4 yaşlı qızına spirtli içki içirərək görüntülərini sosial şəbəkələrdə paylaşdığı iddia olunur.
Globalinfo.az bildirir ki, bununla yanaşı, qızı ilə paylaşdığı şəklinin altına “Tezliklə ata-bala bir məzarda yatacağıq” sözlərini yazıb.
Real TV-yə müraciət edən çarəsiz ana bildirib ki, keçmiş həyat yoldaşı ilə 2018-ci ildə ailə həyata qurub. 2019-cu ildə isə bir qız övladları doğulub. 2020-ci ildə maddi problemlər səbəbindən boşanıblar. Məhkəmə qərarı ilə 4 yaşlı qızlarının anada qalmasına, həftəsonları isə atası ilə görüşməsinə qərar verilib. Bütün problemlər isə ata ilə qızının görüşlərindən sonra başlayıb.
Belə ki, keçmiş həyat yoldaşı ona zəng edərək “aparım qızı Qarabağ kanalına atım ölsün?”, – deyə anaya hədə-qorxu gəlib.
Azyaşlının atası Anar Hüseynov isə məsələ ilə bağlı iddiaları təkzib edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, Bərdə rayon sakini Ülviyyə Cəfərli azyaşlı qızının keçmiş həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edib.
Araşdırma zamanı izahatlar alınmaqla müvafiq ekspertiza təyin olunub.
Hazırda Bərdə RPŞ-də təhqiqat davam etdirilir.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































