İlon Maskın “Neuralink”-dən inqilabi “Blindsight” cihazı hətta anadangəlmə kor olan insanların görmə qabiliyyətini bərpa edə bilər.
Amerikalı milyarder və “Space X” şirkətinin yaradıcısı bildirib ki, onun yeni ixtirası – “Neuralink” şirkətinin vizual implantı anadangəlmə kor olan insanlara görmə imkanı verəcək və gələcəkdə bu cihaz insanlara tanış olan spektrlərdən fərqli olaraq başqa spektrləri də tutacaq.
“Neuralink-in Blindsight cihazı hətta hər iki gözünü və görmə sinirini itirmiş insanlar üçün də görmə imkanı verəcək, bir şərtlə ki, beynin görmə qabığı bütöv olsun, o, hətta anadangəlmə kor olanlara da görmə imkanı verəcək”, - deyə sahibkar hesabındakı X sosial şəbəkələrdəki öz səhifəsində yazıb.
Maskın sözlərinə görə, ilkin olaraq təsvirin keyfiyyəti zəif olacaq, lakin gələcəkdə cihaz infraqırmızı və ultrabənövşəyi spektrdə görə biləcək və radar dalğa uzunluqlarını çəkə biləcək.
Ehtimal olunur ki, qurğu anadangəlmə kor “Ulduz Yolu” teleserialının personajı Cordi La Forjun taxdığı futuristik cihaza bənzəyəcək.
“Neuralink”, “Blindsight” görmə implantının ABŞ Qida və Dərman İdarəsindən (FDA) sıçrayışlı lahiyə kimi icazə aldığını söylədi. Yəni bu, cihazın insanlarda sınaqdan keçirilməsinə yol açır.
Startap hazırda test üçün könüllülər axtarır.
Almaz Həsənli
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi




















































