Bu gün 11 sentyabr terror aktının ildönümüdür

Bu gün 11 sentyabr terror aktının ildönümüdür

ABŞ-da 2001-ci il sentyabrın 11-də tarixin ən böyük terror aktı baş verdi. Terror aktları nəticəsində 3000-ə yaxın insan həlak olub, minlərlə insan yaralanıb.

Bu gün,23 il əvvəl Usamə bin Ladenin başçılıq etdiyi Əl-Qaidə terrorçuları dörd sərnişin təyyarəsini qaçıraraq, Nyu-York və Vaşinqtona hücum etmək üçün təyyarələrdən idarə olunan bomba kimi istifadə etdilər. Görünməmiş hücumlar nəticəsində təxminən üç min insan həlak oldu.

Əsas zərbə Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə dəydi. Xilasedicilər sentyabrın 23-dək orada sağ qalanları axtarıblar. 1600-dən çox cəsədin şəxsiyyəti müəyyən edilib, qalanların (təxminən 1100 nəfərin) şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Yanğın tam söndürülənə qədər dağıntılardakı yanma və tüstülənmə 99 gün davam etdi. Ərazinin təmizlənməsi yalnız 2002-ci ilin mart ayında tamamlandı.

2002-ci ildən ABŞ Konqresinin qərarı ilə 11 sentyabr “Vətənpərvər Günü” kimi qeyd edilir və 2009-cu ildən bu tarix həm də Milli Xidmət və Anma Günü adlanır. Hər il sentyabrın 11-də Nyu-Yorkda əkiz qüllələri simvolizə edən “yaddaş şüaları” səmaya proyeksiya edilir.

Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az